azturkxeber.az
http://azturkxeber.az

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi ilə hemofiliya xəstəliyinin müalicəsində tibb bacısı işinin təşkili layihəsinin yekun konfransı keçirilib

25-09-2026

23 sentyabr 2026-cı il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və TƏBİB-in dəstəyi, Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının təşkilatçılığı ilə “Hemofiliya xəstəliyinin müalicəsində beynəlxalq standartlara əsaslanan tibb bacısı işinin təşkili” adlı layihənin yekun konfransı keçirildi.

Bu barədə Azturkxeber.az-a Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, konfransın açılışında Hemofiliya və Digər Hemostaz Pozuntuları Assosiasiyasının sədri Ayaz Hüseynov "Qanın laxtalanma pozuntularının beynəlxalq təcrübəyə əsaslanan evdə müalicəsinin tətbiqi və faydası" mövzusunda çıxış etdi.

​Konfransın rəsmi hissəsində dövlət orqsnlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, həkim və ekspertlər çıxış etdi.

Azərbaycan Respublikasının Ombudsman Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi sektorunun müdiri Aytən Tarverdiyeva çıxış edərək Ombudsmanın “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Uşaq hüquqları haqqında “ BMT konvensiyalarının həyata keçirilməsi, həmçinin bərabərlik hüququnun təmini və ayrı-seçkiliyin qarşısının alınması sahəsində monitorinq mexanizmi mandatı çərçivəsində fəaliyyəti haqqında ətrafll məlumat verdi.

​Konfransın sonunda aidiyyəti dövlət qurumlarına təqdim ediləcək Təkliflər Paketi səsləndirildi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930