azturkxeber.az
http://azturkxeber.az

Ombudsmanın Milli Preventiv Qrupu tərəfindən başçəkmələr davam etdirilir

25-09-2026

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 8 saylı Cəzaçəkmə Müəssisəsinə başçəkmə həyata keçirilib.

Azturkxeber.az xəbər verir ki, MPQ üzvləri tərəfindən müəssisənin yaşayış sahələrinə, o cümlədən cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, yeməkxanasına və ərzaq anbarına baxış keçirilib. Həmin sahələrdə saxlanma şəraiti, sanitariya vəziyyəti və məhkumların hüquqlatının təmini məsələləri yerində araşdırılıb.

Başçəkmə çərçivəsində təsadüfü seçim əsasında məhkumlarla konfidensial qaydada görüş keçirilib, onların müraciətləri dinlənilib. Qəbul zamanı Ombudsmana ünvanlanan ərizə və müraciətlər qəbul edilib.

Başçəkmənin nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930