Yanvar-avqust aylarında Nazirliyin e-xidmətlərinə 5,2 milyon müraciət edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2026-cı ilin yanvar-avqust aylarında 5,2 milyon müraciət edilib.
Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd edilən dövrdə 181 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 521 min elektron arayış verilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 273 milyon olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: