azturkxeber.az
http://azturkxeber.az

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

22-03-2025

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə yanvar-fevral aylarında 4,6 milyon müraciət edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, ölkənin sosial reyestri olan e-sosial.az portalından həmin dövrdə 2 milyon dəfə istifadə edilib, 47 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda nazirliyin 160 xidmətindən 145-i və ya 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin 55-dən çox proaktiv xidmət, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.

Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, 2025-ci ilin yanvar-fevral aylarında nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 82 milyon olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    March 2025    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31