azturkxeber.az
http://azturkxeber.az

Binəqədi rayonunda kirayədə yaşadığı evdən oğurluq edən şəxs saxlanılıb

10-09-2026

Paytaxtın Binəqədi rayonunda evlərin birindən oğurluq edilib.

Bu barədə Azturkxeber.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, zərərçəkmiş polisə etdiyi müraciətində ona məxsus evdən 8000 manat dəyərində məişət və geyim əşyalarının talandığını bildirib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 21 yaşlı Tofiq Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o kirayə qaldığı evdən əşyaları oğurlayaraq hadisə yerini tərk edib. Faktla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2026    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
282930