azturkxeber.az
http://azturkxeber.az

Nəsimi rayonunda evlərdən oğurluq edən şəxslər saxlanılıblar

14-08-2026

Nəsimi rayonu ərazisində evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azturkxeber.az-a verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 46 yaşlı A.Axundov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, oğurluğu usta kimi işlədiyi mənzildə ev sahiblərinin olmamasından sui-istifadə edərək törədib.

Rayon ərazisində baş verən digər hadisə zamanı isə sakinlərdən birinin evindən pul vəsaiti və məişət əşyaları oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı C.Kərimov da müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31