Köç karvanı Xankəndi şəhərinə çatıb





Avqustun 14-də doğma yurduna yola salınan köç karvanı Xankəndi şəhərinə çatıb.
Azturkxeber.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinə köçürülən 102 nəfərdən ibarət 22 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: