azturkxeber.az
http://azturkxeber.az

Yasamal rayonunda oğurluq edən şəxslər saxlanılıblar

12-08-2026

Paytaxtın Yasamal rayonunda zərərçəkənlərə məxsus 2 velosiped, 3 ədəd mobil telefon və noutbukun oğurlanması ilə bağlı polisə müraciətlər daxil olub.

Bu barədə Azturkxeber.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məkhum olunmuş 32 yaşlı N.Ağamuradov müəyyən olunaraq saxlanılıb. Onun oğurladığı əşyaları satdığı müəyyən edilib.

Bundan başqa Yasamal rayonunda 2 mağazadan ümumilikdə 3700 manat nağd vəsaiti oğurlamaqda şübhəli bilinən Ü.Şərifov və T.Salmanov da müəyyən edilərək saxlanılıblar.

Faktlar üzrə araşdırmalar davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31