Ombudsmanın Cənub Regional Mərkəzi tərəfindən gənclər üçün maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi tərəfindən Masallı Regional “ASAN xidmət” mərkəzinin könüllülərinin iştirakı ilə “Gənclərin hüquqi maarifləndirilməsi və insan hüquqları sahəsində biliklərinin artırılması” mövzusunda maarifləndirici tədbir keçirilib.
Azturkxeber.az xəbər verir ki, tədbirdə regional mərkəzin rəhbəri Ziya İsmayılov ölkəmizdə insan hüquqları sahəsində həyata keçirilən islahatlardan danışıb, Azərbaycan Ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətindəki çoxşaxəli fəaliyyəti barədə iştirakçılara ətraflı məlumat verilib.
İnteraktiv formada keçən tədbir müzakirələrlə davam etdirilib və sonda gəncləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: