azturkxeber.az
http://azturkxeber.az

Yarım ildə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 63,7 milyon kubmetr olub

06-08-2026

Yarım ildə Cənubi Qafqaz Boru Kəmərinin gündəlik ötürücülük gücü 63,7 milyon kubmetr olub

Bu ilin ilk altı ayı ərzində Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ixrac üçün gündəlik orta ötürücülük gücü 63,7 milyon kubmetr təşkil edib.

bp şirkətindən bildirilib ki, ilin birinci yarısında CQBK-nin əməliyyat xərcləri təqribən 41 milyon dollar, əsaslı xərclər isə təxminən 19 milyon dollar olub.

CQBK boru kəməri 2006-cı ilin sonlarında istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi (CQBKG) sistemi isə kommersiya qaz həcmlərinin Türkiyəyə çatdırılmasına 2018-ci ilin iyun ayında, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb.

Cari il iyulun 1-dən CQBK-nin ümumi operatorluğu “BP Exploration (Caspian Sea) Limited” şirkətindən SOCAR-a məxsus törəmə müəssisə olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin (CQBKş) sərmayədarları bunlardır: bp (29,99%), Cənub Qaz Dəhlizi (21,02%), “LUKOIL” (19,99%), “TPAO” (19%), “NICO” (10%).






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    August 2026    »
MonTueWedThuFriSatSun
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31