İyirmiyə yaxın yeni hərbi infrastruktur Hava Hücumundan Müdafiə bölmələrinin istifadəsinə verilib





Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir və müasir standartlara cavab verən hərbi infrastrukturlar qurulur.
Müdafiə Nazirliyindən Azturkxeber.az-a verilən məlumata görə, nazirliyin rəhbər heyəti Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin istifadəsinə verilən yeni hərbi obyektlərə baxış keçirib.
Rəhbər heyətə məruzə olunub ki, respublikamızın müxtəlif bölgələrində yeni istifadəyə verilmiş iyirmiyə yaxın hərbi infrastruktur obyektlərində şəxsi heyətin xidməti-döyüş fəaliyyəti üçün lazımi şərait yaradılıb.
Obyektlərdə yeməkxana, mətbəx, tibb məntəqəsi, yataqxana, silah otağı, məişət otağı, hamam-sanitar qovşağı, qazanxana və su təchizatı kompleksi, eləcə də ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar mövcuddur. Binalar kommunal xidmət sistemləri və kommunikasiya xətləri, o cümlədən yanğın əleyhinə siqnalizasiya ilə təchiz edilib.
və məşqlər zamanı arsenala yeni daxil edilmiş müasir silah və texnikanın taktiki-texniki xüsusiyyətlərinin dərindən öyrənilməsi, onların döyüş şəraitində effektiv tətbiqi qaydalarının mənimsənilməsi barədə Hava Döyüş Komandanlığına müvafiq tapşırıqlar verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: