azturkxeber.az
http://azturkxeber.az

Zaqatala rayonunda flora müxtəlifliyi və nadir bitkilər öyrənilib

30-06-2026

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Bitki müxtəlifliyi və tətbiqi tədqiqat mərkəzinin əməkdaşları Zaqatala rayonu və ətraf ərazilərində tədqiqat işləri aparıblar.

Bu barədə institutdan məlumat verilib.

Tədqiqatın əsas məqsədi bitki müxtəlifliyinin öyrənilməsi, fenoloji müşahidələrin aparılması, mövsümi bitki nümunələrinin toplanması, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş növlərin monitorinqi, həmçinin Botanika İnstitutunun Herbari fondunun və Toxum bankının zənginləşdirilməsi olub. Tədqiqatlar Zaqatala Dövlət Təbiət Qoruğu, Qəbizdərə, Mazıx, Katex çayı ətrafında, Car, Aşağı Tala, Əliabad, Zəyəm, Tarixlər, Keleloba və Axaxdərə kəndləri istiqamətində aparılıb. Regionun meşə və dağətəyi ekosistemlərində flora müxtəlifliyi araşdırılıb, müxtəlif bitki növləri üzərində monitorinqlər həyata keçirilib.

Tədqiqat zamanı isti hava şəraiti və mövsümün xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş nadir, endemik və xüsusi mühafizə əhəmiyyətli bitki növlərinin yayılma vəziyyəti öyrənilib. Bu növlər üzrə monitorinqlər aparılıb, müşahidə nöqtələrinin GPS koordinatları qeydə alınıb və onların populyasiya vəziyyəti qiymətləndirilib.

Sahə tədqiqatları nəticəsində çoxsaylı bitki və toxum nümunələri toplanaraq identifikasiya olunub və herbariləşdirilib. İlkin təyinatlara əsasən 22 fəsilə, 25 cins və 40 növə aid bitkilər, həmçinin 15 mamır növü müəyyənləşdirilib. Ümumilikdə 80–dan çox bitki nümunələri müvafiq metodlara uyğun olaraq herbariləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930