azturkxeber.az
http://azturkxeber.az

Qusarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

30-06-2026

Qusarda məhkəmə qərarları əsasında müsadirə olunmuş narkotik vasitələr məhv edilib

Qusar rayonunda barəsində məhvetmə qərarı qəbul edilmiş 11 məhkəmə hökmü üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının yandırılma yolu ilə məhv edilməsi həyata keçirilib.

Bu barədə Azturkxeber.az-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Bildirilib ki, proses İşçi Qrupu və qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə edilmiş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Qusar rayonunda komissiyası tərəfindən aparılıb.

Məhvetmə prosesi Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun əməkdaşının iştirakı ilə həyata keçirilib və videoçəkiliş aparılaraq müvafiq məlumat daşıyıcısı ilə birlikdə aktlara əlavə edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930