azturkxeber.az
http://azturkxeber.az

Monako Şahzadəsi ölkə tarixində ilk terror aktı kimi qiymətləndirilən partlayışı pisləyib

30-06-2026

Monako Şahzadəsi ölkə tarixində ilk terror aktı kimi qiymətləndirilən partlayışı pisləyib

Monako Şahzadəsi II Albert ölkə tarixində ilk terror aktı kimi qiymətləndirilən partlayışı pisləyib.

Azturkxeber.az xəbər verir ki, Monako Şahzadə Sarayının yaydığı bəyanatda hadisənin bütün knyazlıq ictimaiyyəti üçün böyük sarsıntı olduğu bildirilib.

II Albert hüquq-mühafizə və təhlükəsizlik orqanlarının operativ fəaliyyətini yüksək qiymətləndirib, yaralananlara, onların ailələrinə və hadisədən zərər çəkənlərə dəstəyini ifadə edib.

Qeyd edək ki, iyunun 29-da yerli vaxtla saat 21:00 radələrində Monakoda yaşayış binasının giriş hissəsində partlayış baş verib. Hadisə nəticəsində üç nəfər ağır yaralanıb. Monakonun dövlət naziri (Baş nazir) Kristof Mirman bunun ölkə tarixində ilk terror aktı olduğunu bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930