azturkxeber.az
http://azturkxeber.az

İctimai Şura üzvləri ilə görüşdə nəticəəsaslı büdcə mexanizminin tətbiqi və inkişaf istiqamətləri müzakirə olunub

30-06-2026


İyunun 30-da Azərbaycan Respublikası Maliyyə Nazirliyində Nazirlik yanında İctimai şuranın üzvləri ilə görüş keçirilib.

Azturkxeber.az-ın məlumatına görə, görüşdə Nazirliyin Aparatının Nəticəəsaslı büdcə siyasəti şöbəsinin müdiri İlham Kərimov nəticəəsaslı büdcə mexanizminin tətbiqi istiqamətində həyata keçirilən islahatlar, proqram və nəticə əsaslı büdcələşmə sahəsində görülən işlər, yeni sektorların islahatlara cəlb olunması, habelə bu sahədə perspektiv inkişaf istiqamətləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi məqsədilə proqram və tədbirlər üzrə hədəf və nəticə göstəricilərinin müəyyən edilməsi, büdcə planlarının hazırlanması və monitorinqinin həyata keçirilməsi, yeni sektorların islahatlara cəlb olunması, həmin sektorlarda büdcə təşkilatları üçün təlimlərin təşkili, eləcə də metodoloji dəstəyin göstərilməsi istiqamətində işlər davam etdirilir.

Görüş zamanı nəticəəsaslı büdcə mexanizminin tətbiqinin genişləndirilməsi, yeni sektorların islahatlara cəlb olunması, monitorinq mexanizmlərinin təkmilləşdirilməsi və bu sahədə görüləcək növbəti tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

İctimai şuranın sədri İnqilab Əhmədovun və digər şura üzvlərinin təklifləri dinlənilib, nəticəəsaslı büdcə islahatlarının uğurla davam etdirilməsi və bu istiqamətdə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930