Dünya çempionatı: Paraqvay Almaniya millisini məğlub edərək 1/8 finala yüksəlib
Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.
Azturkxeber.az xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.
Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.
Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib gəlib.
Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: