azturkxeber.az
http://azturkxeber.az

Bu günədək taxıl sahələrindən yığılan məhsulun həcmi açıqlanıb

30-06-2026

Bu günədək taxıl sahələrindən yığılan məhsulun həcmi açıqlanıb

Respublikada taxıl biçini davam edir. Bu günədək 462 min 153 hektar sahədə biçin aparılıb, taxıl üzrə orta məhsuldarlıq 35 sentnerə çatıb.

Azturkxeber.az xəbər verir ki,  Kənd Təsərrüfatı Nazirliyi yanında taxıl biçini ilə əlaqədar yaradılmış Mərkəzi Qərargahdan bildirilib ki, iyunun 30-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 48,7 faizində biçin başa çatıb.

Mövsüm ərzində 462 min 153 hektar sahədə biçin aparılıb, bu sahələrdən 1 milyon 618 min 893 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 35 sent/ha təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2 sent/ha çoxdur.

İndiyədək mexanizatorlar tərəfindən 122 min 78 hektar buğda, 340 min 74 hektar arpa sahəsi biçilib. Bu sahələrdən  485 min 844 ton buğda, 1 milyon 133 min 49 ton arpa yığılıb. Buğda sahələrinin 26,6 faizində, arpa sahələrinin isə 69,4 faizində biçin yekunlaşıb. Orta məhsuldarlıq buğda üzrə 39,8 sent/ha, arpa üzrə isə 33,3 sent/ha təşkil edir.

Artıq Ucar rayonunda biçin tam yekunlaşıb, Masallı, Yevlax, Neftçala, Kürdəmir, Göyçay, Biləsuvar, Bərdə, Ağdaş rayonlarında taxıl biçininin həcmi 90 faizi keçib.

Hazırda biçin prosesində 1585 kombayn iştirak edir. Bunlardan 594 kombayn “Aqroservis” ASC-nin, 991 kombayn isə fiziki və hüquqi şəxslərin mülkiyyətində olan texnikalardır. Operativ məlumata görə, hazırda ən aktiv biçin Şəki (131 kombayn), Cəlilabad (125 kombayn), Ağsu (102 kombayn), Goranboy (60 kombayn), Sabirabad (58 kombayn), Biləsuvar (57 kombayn), Kürdəmir (56 kombayn), Hacıqabul (55 kombayn), Saatlı (49 kombayn) və Füzuli (46 kombayn) rayonlarında aparılır.

Respublika üzrə biçin prosesinin optimal müddətdə başa çatacağı proqnozlaşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930