azturkxeber.az
http://azturkxeber.az

Birinci Türkoloji Qurultay – 100: tarixi irsdən strateji birliyə

30-06-2026

Türk dünyasının ortaq tarixi, dili və mədəni irsi xalqlarımızı birləşdirən əsas dəyərlərdəndir. Bu baxımdan, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın irsi bu gün də türk dövlətləri arasında əməkdaşlıq və inteqrasiya baxımından öz aktuallığını qoruyur.

İyunun 29-da Heydər Əliyev Mərkəzində Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi keçirildi. Tədbirdə Prezident İlham Əliyevin müraciəti səsləndirildi və bildirildi ki, yubiley tədbirləri Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi dövrünə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu gün Birinci Türkoloji Qurultayın irsi Türk dünyasında ortaq humanitar məkanın formalaşmasına, elmi əməkdaşlığın genişlənməsinə və strateji birliyin möhkəmlənməsinə xidmət edir. "Türk Dünyası Həftəsi" də ortaq tarixə və mədəni irsə əsaslanan həmrəyliyin daha da güclənməsinə mühüm töhfə verəcəkdir.

Siyavuş Novruzov, Milli Məclisin Komitə sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930