Putin: Ukraynanın Rusiya infrastrukturuna hücumları müəyyən problemlər yaradır
Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın mühüm infrastruktur obyektlərinə, xüsusilə enerji sektoruna endirdiyi zərbələr müəyyən problemlər yaradır.
Azturkxeber.az xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin "Vesti" telekanalına müsahibəsində səsləndirib.
"Vacib infrastruktura, xüsusən də enerji infrastrukturuna edilən hücumlara gəldikdə, əlbəttə ki, obyektlərimizə qarşı bu hücumlar müəyyən problemlər yaradır. Bu, göz qabağındadır", – deyə Rusiya Prezidenti bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: