azturkxeber.az
http://azturkxeber.az

Məişət zorakılığına qarşı mübarizədə vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlıq gücləndirilir

29-06-2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyində məişət zorakılığına qarşı mübarizə mövzusunda görüş keçirilib.

Agentlikdən verilən məlumata görə, görüşdə 10-a yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.

Agentliyin İdarə Heyətinin sədrinin müavini Pərviz Səfərov qonaqlara qurumun fəaliyyət istiqamətləri və məişət zorakılığına qarşı mübarizə sahəsində görülən işlər və həyata keçirilən layihələr barədə məlumat verib.

Bildirilib ki, agentliyin fəaliyyətində məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunması və cəmiyyətdə hərtərəfli inkişafının təmin edilməsi əsas istiqamətlərdəndir.

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri müvafiq sahədə dövlət qurumları ilə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Mövzu ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların təklifləri dinlənilib.

Görüş vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədi daşıyıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930