azturkxeber.az
http://azturkxeber.az

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

29-06-2026

Hüquqsuz avtomobil idarə edən şəxsin narkotik aludəçisi olduğu müəyyən edilib

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi “Mercedes” markalı avtomobillə manevretmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, süni gərginlik yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan S. Səmədovun sürücülük hüququnun olmadığı müəyyən edilib.

Araşdırma zamanı hərəkətləri şübhə doğuran S.Səmədov tibbi müayinəyə cəlb edilib və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən S. Səmədov 17 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək özləri ilə yanaşı digər hərəkət iştirakçılarının həyatına da təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930