azturkxeber.az
http://azturkxeber.az

Çin Yaponiyanın 20 şirkətini ixrac nəzarəti siyahısına daxil edib

29-06-2026

Çin Yaponiyanın 20 şirkətini ixrac nəzarəti siyahısına daxil edib

Çinin Kommersiya Nazirliyi milli təhlükəsizliyi və ölkənin maraqlarını qorumaq, habelə silahların yayılmaması ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirmək məqsədilə Milli Müdafiə Tədqiqatları İnstitutu da daxil olmaqla Yaponiyanın 20 hüquqi şəxsini ixrac nəzarəti siyahısına daxil edib.

Azturkxeber.az xəbər verir ki, bu qərara əsasən, ixracatçılara sözügedən Yaponiya qurumlarına ikili təyinatlı məhsulların ixracı qadağan olunub. Xarici hüquqi və fiziki şəxslərin Çin mənşəli ikili təyinatlı məhsulları bu qurumlara ötürməsi və ya təqdim etməsi də qadağan edilib. Nazirliyin açıqlamasına görə, hazırda davam edən bütün müvafiq əməliyyatlar dərhal dayandırılmalıdır.

Bundan başqa, Kommersiya Nazirliyi "Mitsui E&S Co." şirkəti də daxil olmaqla Yaponiyanın daha 20 hüquqi şəxsini ixrac nəzarəti siyahısına daxil edib. Buna səbəb həmin qurumların əldə etdiyi məhsulların son istifadəçilərinin müəyyən edilməsinin mümkün olmaması göstərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930