azturkxeber.az
http://azturkxeber.az

Baş Prokurorluqda hazırlıq kursu təşkil edilib

29-06-2026

Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Azərbaycan Respublikasının prokurorluq orqanlarına 2026-cı ildə ilk dəfə qulluğa qəbul olunmuş və təcrübə keçən əməkdaşlar üçün iyunun 3-25-də hazırlıq kursu keçirilib.

Bu barədə Azturkxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kursa təlimçi qismində prokurorluq orqanlarının təcrübəli əməkdaşları ilə yanaşı, Ədliyyə və Səhiyyə nazirliklərinin ekspertiza sahəsində fəaliyyət göstərən mütəxəssislər, hakimlər, vəkillər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Bakı Dövlət Universitetinin professor-müəllim heyəti cəlb olunub.

Məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalarından, interaktiv təlim metodlarından və təhlil-tədqiqat materiallarından geniş istifadə edilməklə keçirilib, dinləyicilərin peşə bilik və bacarıqlarının inkişafına, eləcə də praktik vərdişlərinin formalaşdırılmasına xidmət edib.

Kurs müddətində dinləyicilər tədris olunan mövzulara böyük maraq göstərib, məşğələlərdə yüksək fəallıq nümayiş etdiriblər, həmçinin təlimçilərlə aparılan müzakirələr zamanı onları maraqlandıran suallar ətraflı cavablandırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930