azturkxeber.az
http://azturkxeber.az

“Azərbaycan Dəmir Yolları” rayonlararası marşrutların sayını artırır

29-06-2026

“Azərbaycan Dəmir Yolları” rayonlararası marşrutların sayını artırır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tətil və məzuniyyətlərin kütləvi xarakter aldığı yay mövsümündə sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün rayonlararası marşrutlar üzrə əlavə tədbirlər həyata keçirir.

ADY-dən Azturkxeber.az-a bildirilib ki, turizm yönümlü marşrut olan Bakı–Qəbələ–Bakı istiqamətində iyunun 6-dan reyslərin sayı 2-dən 4-ə artırılaraq həm şənbə, həm də bazar günü hər iki istiqamətdə müntəzəm səfərlər həyata keçirilir.

Bundan əlavə, 4 iyul tarixindən etibarən Bakı–Qəbələ–Bakı marşrutu üzrə hərəkət edən qatarlara Ucar stansiyasında da dayanacaq veriləcək. Yeni dayanacaq bölgə sakinlərinin və sərnişinlərin dəmir yolu xidmətlərindən daha rahat istifadə etməsinə imkan yaradacaq.

Avqustun 31-nə qədər Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatar reysləri hər şənbə və bazar günləri təşkil olunacaq. Məqsəd yay mövsümündə qərb istiqamətində artan sərnişin tələbatının qarşılanmasıdır.

Yay mövsümündə tətbiq ediləcək yeniliklərdən biri də Bakı–Balakən–Bakı marşrutu üzrə hərəkət qrafikinin dəyişdirilməsidir. Belə ki, iyulun 1-dən etibarən qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.

Xatırladaq ki, iyunun 6-dan başlayaraq rayonlararası istiqamətlər üzrə qatar səfərləri Dərnəgül stansiyasından da təşkil olunur. Bu, sərnişinlər üçün daha rahat və əlçatan nəqliyyat imkanları yaradır.

Bundan başqa, iyulun 1-dən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə əsasən təşkil ediləcək. Yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə həftəiçi gündəlik 84 reys həyata keçiriləcək.

Şənbə və bazar günləri isə reyslər hazırkı qrafiklə icra olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930