Milli Məclisin deputatları Ukraynaya səfər edəcəklər

Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əlibala Məhərrəmzadə və qrupun üzvü Erkin Qədirli iyunun 29-da Ukraynanın Kiyev şəhərinə səfər edəcəklər.
Azturkxeber.az xəbər verir ki, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə deputat qrupunun həmsədri Volodimir Kreydenkonun dəvəti əsasında reallaşacaq səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: