azturkxeber.az
http://azturkxeber.az

Qəbələdə milli ordumuz və şanlı qələbəmizdən bəhs olunub

26-06-2026

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ Rayon Təşkilatının və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun - Silahlı Qüvvələr gününə həsr olunmuş “Tarixi Zəfərin təməlində dayanan güclü ordu quruculuğu” adlı tədbir keçirilib.

Azturkxeber.az xəbər verir ki, tədbirdən öncə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi mühüm islahatların bu gün güclü Azərbaycan Ordusunun formalaşmasında mühüm rol oynadığını qeyd edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfərin xalqımızın qürur mənbəyi olduğunu vurğulayıb, Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi inkişaf yolundan, dövlətimizin müdafiə qüdrətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Sonda 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930