azturkxeber.az
http://azturkxeber.az

“AzerGold” QSC və RİİB Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirib

05-06-2026

“AzerGold” QSC və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə Daşkəsən rayonunda 5 İyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş “Təbiətə qayğı missiyamızdır!” devizi altında təmizlik aksiyası keçirilib.

Görə, ətraf mühitin mühafizəsi, tullantıların düzgün idarə olunmasının təşviqi məqsədilə təşkil olunan tədbirdə QSC-nin əməkdaşları və RİİB-in könüllüləri iştirak ediblər.

Azturkxeber.az xəbər verir ki, tədbir çərçivəsində aksiya iştirakçıları tərəfindən Qoşqarçayın sahilləri boyunca yerləşən, ümumilikdə təxminən 2 hektar ərazi plastik, polietilen, metal, şüşə, kağız, karton və digər məişət tullantılarından təmizlənib. Toplanmış tullantılar çeşidlənərək təkrar emala göndərilib.

Qeyd edək ki, “AzerGold” QSC ölkənin dağ-mədən sənayesində fəaliyyət göstərən dövlət şirkəti olaraq hasilat və istehsal proseslərini yerli və beynəlxalq ekoloji standartlara uyğun şəkildə həyata keçirməklə yanaşı, regionlarda mütəmadi olaraq ekoloji yönümlü layihələr reallaşdırır. Şirkətin təşəbbüsü ilə hər il kütləvi ağacəkmə, yaşıllaşdırma və təmizlik aksiyaları təşkil olunur.

Xatırladaq ki, Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilib. BMT-nin Ətraf Mühit Proqramı (UNEP) tərəfindən 2026-cı il üçün “İqlim dəyişikliyi” mövzusu müəyyənləşdirilib. Azərbaycanın ev sahibliyi etdiyi builki qlobal kampaniya iqlim dəyişikliklərinin ətraf mühitə və insanların həyatına təsirləri barədə məlumatlılığın artırılmasını, iqlim fəaliyyətinin gücləndirilməsini və dayanıqlı inkişaf təşəbbüslərinin təşviqini hədəfləyir. Kampaniya çərçivəsində NowForClimate çağırışı irəli sürülür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930