Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyətinin işgüzar səfəri başa çatıb



Məlumat verildiyi kimi Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Baş müşaviri xanım Tarika Jayaratnenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərdədir.
Azturkxeber.az xəbər verir ki, səfər çərçivəsində qonaq nümayəndə heyəti Baş Prokurorluğun inzibati binalar kompleksində yaradılan iş şəraiti, o cümlədən Elm-Tədris Mərkəzi və kriminalistik laboratoriyanın fəaliyyəti ilə tanış olub.
Bundan sonra qonaqlar Assosiasiyanın üzvlüyünə yeni qəbul olunmuş gənc əməkdaşlarla görüş keçirib, təşkilatın fəaliyyəti barədə məlumat verməklə onların suallarını cavablandırıb, həmçinin onlara üzvlük vəsiqələrini təqdim ediblər.
Nümayəndə heyəti, həmçinin, Milli Aviasiya Akademiyasında olub, burada qurulan müasir tədris infrastrukturu və elmi-tədqiqat imkanları ilə tanış olub.
Akademiyada keçirilən görüş zamanı təhsil müəssisəsinin tələbələrinə “Rəqəmsal sübutlar və kibercinayətlər üzrə cinayət təqibi” mövzusunda mühazirə təqdim olunub, tələbə və müəllim heyəti ilə fikir mübadiləsi aparılıb.
Səfər müdətində heyət, həmçinin Şamaxı rayonuna səfər edərək “ASAN Xidmət” Mərkəzinin fəaliyyəti, eləcə də rayonun tarixi-mədəni abidələri ilə tanış olublar.
Nümayəndə heyətinin səfəri başa çatıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: