azturkxeber.az
http://azturkxeber.az

FHN-in Muğan Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib

05-06-2026

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.

Azturkxeber.az xəbər verir ki, məşqə FHN-in Muğan Regional Mərkəzinin, Saatlı rayon Yanğından Mühafizə Hissəsinin, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Saatlı rayon stansiyasının müvafiq qüvvələri və əməkdaşları cəlb olunub.

Məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı obyetin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə bağlı fəaliyyət simulyasiya edilib, nazirliyin qüvvələri ilə koordinasiyalı şəkildə “Yanğın-xilasetmə əməliyyatı” icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930