Prezident İlham Əliyev Avropa çempionu olan Azərbaycan minifutbol milli komandasını təbrik edib

Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan milli komandasını təbrik edib.
Paylaşımda deyilir:
"2022-ci ildə Avropa çempionu, 2025-ci ildə dünya çempionu olmuş Azərbaycan minifutbol millisi ölkəmizin idman tarixinə daha bir parlaq səhifə yazaraq növbəti dəfə Avropa çempionu oldu. Bu qələbənin komanda idman növündə qazanılması ikiqat sevindiricidir.
Komandamızı bu möhtəşəm qələbə münasibətilə səmimi-qəlbdən təbrik edir, millimizə yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan"!
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: