XİN: Dron hücumuna məruz qalan xarici yük gəmilərindəki 5 Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb



Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) xarici yük gəmilərinə edilən dron hücumu ilə bağlı məlumat yayıb.
Bildirilib ki, ötən gecə heyətində ümumilikdə 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumları həyata keçirilib. Nazirlik qeyd edib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.
Rusiya tərəfinin təqdim etdiyi məlumata əsasən, hücum nəticəsində 5 Azərbaycan vətəndaşı həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar Yeysk şəhər xəstəxanasına yerləşdiriliblər.
Hazırda Xarici İşlər Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumları, Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
Məlumata görə, Rusiyadakı Azərbaycan səfirliyinin bir neçə əməkdaşı hadisə yerinə yola düşüb.
XİN vurğulayıb ki, vətəndaşların vəziyyəti, onların ölkəyə qaytarılması və zəruri konsulluq dəstəyinin göstərilməsi məsələləri xüsusi nəzarətdə saxlanılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: