Ombudsman “İnsan Hüquqları Aylığı” çərçivəsində sığınacaqda olan uşaqlarla görüşüb






Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində silsilə tədbirlər həyata keçirilir.
Azturkxeber.az-ın məlumatına görə, Ombudsman Səbinə Əliyeva Aylıq çərçivəsində “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində olub.
Səbinə Əliyeva mərkəzdə yaşayan uşaqlarla fikir mübadiləsi aparıb, onların hüquqlarının təmini vəziyyəti ilə maraqlanıb, təkliflərini dinləyib, hüquqları və Ombudsmanın səlahiyyətləri barədə uşaqları məlumatlandırıb.
İctimai Birliyin sədri Kəmalə Ağazadə mərkəzin fəaliyyətinə, həyata keçirilən tədbirlərə dair Ombudsmana məlumat verib, uşaq hüquqları sahəsində mövcud çətinliklərlə bağlı söhbət aparıb.
Görüş zamanı Ombudsman uşaqların yaradıcılıq bacarıqları ilə tanış olub, onlara təsisat tərəfindən hazırlanan maarifləndirici nəşrlər və hədiyyələr təqdim olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: