azturkxeber.az
http://azturkxeber.az

Aşqabad Azərbaycan mədəniyyətini qarşılayır

05-06-2026

Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi geniş nümayəndə heyəti artıq Türkmənistanın paytaxtı Aşqabad şəhərinə çatıb.

Azərbaycan Mədəniyyəti Günlərində iştirak edəcək mədəniyyət və incəsənət xadimləri, yaradıcı kollektivlər və sənət adamları Aşqabad Beynəlxalq Hava Limanında səmimi və qonaqpərvərliklə qarşılanıblar.

Azturkxeber.az xəbər verir ki, Hazırda konsert proqramları, sərgilər və digər tədbirlərlə bağlı son hazırlıq işləri aparılır. Qarşıdakı günlərdə Azərbaycan musiqisi, milli rəqsləri, xalçaçılıq, kəlağayı və digər sənət nümunələri qardaş Türkmənistan ictimaiyyətinə təqdim olunacaq.

Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edən Mədəniyyət Günlərinin zəngin və yaddaqalan proqramla yadda qalacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930