azturkxeber.az
http://azturkxeber.az

Sürücülük hüququ olmayan və narkotik təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

05-06-2026

Abşeron rayon sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevr etmə qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb.

Azturkxeber.az xəbər verir ki, araşdırma zamanı F.Muradovun sürücülük hüququnun olmaması müəyyən edilib.

Ünsiyyət zamanı hərəkətləri şübhə doğuran F.Muradov tibbi müayinəyə də cəlb olunub və onun narkotik maddə qəbul etməsi üzə çıxıb. Barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə göndərilən F.Muradov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930