azturkxeber.az
http://azturkxeber.az

Ədliyyə naziri Zəngilan rayonunda vətəndaşları qəbul edib

05-06-2026

Ədliyyə naziri Fərid Əhmədov 5 iyun tarixində Zəngilan rayonunun Ağalı kəndində vətəndaşları qəbul edib.

Azturkxeber.az xəbər verir ki, qəbuldan əvvəl nazir Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və önünə gül dəstəsi qoyub.

Qəbulda Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarından olan vətəndaşların ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.


Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930