azturkxeber.az
http://azturkxeber.az

Parataekvondoçularımız Roma Qran-Prisində bir qızıl və bir bürünc medal qazanıblar

05-06-2026

İyunun 4-də İtaliyanın paytaxtı Roma şəhərində parataekvondo üzrə Roma Qran-Prisi keçirilib.

Azturkxeber.az xəbər verir ki, ən yüksək reytinqli parataekvondoçuların mübarizə apardığı turnirdə ölkəmizi K44 kateqoriyasında Sabir Zeynalov (58 kq) və İmaməddin Xəlilov (70 kq) təmsil ediblər.

Sabir Zeynalov 1/4 final mərhələsində braziliyalı Fabricio Souza, yarımfinalda türkiyəli Ali Can Özcan, finalda isə cənubi koreyalı Pyeonggang Lee üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.

İmaməddin Xəlilov isə 1/4 finalda taylandlı Tanapan Sotthisetə qalib gəlsə də, yarımfinalda italiyalı Antonino Bossolo ilə qarşılaşmada mübarizəni dayandırıb və turniri bürünc medalla başa vurub.

Parataekvondoçularımız yarışa baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında qatılıblar.

Qeyd edək ki, Roma Qran-Prisində əldə olunan nəticələr idmançılara Los-Anceles-2028 Yay Pralimpiya Oyunları üçün reytinq xalları qazandırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930