azturkxeber.az
http://azturkxeber.az

Paralimpiyaçılarımız Avropa Gənclər Paralimpiya Oyunlarını 13 medalla başa vurub.

28-07-2025

Türkiyənin İstanbul şəhərində təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunları başa çatıb.

7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan Milli Paralimpiya komandası 7 idman növündə 17 idmançı ilə təmsil olunduğu oyunları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla bitirib.

Qeyd edək ki, 33 ölkədən 700-ə yaxın idmançının mübarizə apardığı oyunlarda milli komandamıza qızıl medalları Sabir Zeynalov (parataekvondo, K44, 58 kq), Amin Əliyev (parataekvondo, K44, 63 kq), Səmayə Həsənova (parataekvondo, K44, 47 kq) və Ayşə Arabova (paraatletika, uzunluğa tullanma, T11), gümüş medalları isə Orxan Cəfərov (parataekvondo, K44, 80 kq) ilə Əli Vəliyev (paraüzgüçülük, 2009-2013-cü il təvəllüdlülər arasında, S10, 100 metr “butterfly” (kəpənək)) qazandırıb.

Bürünc medallara isə Ayxan Nuruyev (parataekvondo, K44, 58 kq), Amin Şıxalıyev (parataekvondo, K44, 63 kq), İmran Bağırov (parataekvondo, K44, 70 kq), Ömər Qurbanov (paracüdo, J2, 62 kq), Hüseyn İsmayılzadə (paracüdo, K44, 70 kq) və Əli Vəliyev (paraüzgüçülük, S10, 2009-2013-cü il təvəllüdlülər arasında, 100 metr sərbəst, 400 metr sərbəst) yiyələnib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031