azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan paralimpiyaçıları beynəlxalq turnirdə daha 2 qızıl və 4 bürünc medal qazanıblar

27-07-2025

Türkiyənin İstanbul şəhərində davam edən Avropa Gənclər Paralimpiya Oyunlarının üçüncü yarış günündə parataekvondoçularımızın hər üçü fəxri kürsüyə çıxıblar.

Amin Əliyev (K44, 63 kiloqram) mübarizəyə yarımfinaldan start verib. İdmançı bu mərhələdə türkiyəli, finalda isə ispaniyalı rəqibini məğlub edərək qızıl medal qazanıb.

Amin Şıxalıyev (K44, 63 kiloqram) və İmran Bağırov (K44, 70 kq) isə bürünc medala yiyələnib.

14 yaşlı uzunluğa tullanma üzrə paraatlet Ayşə Arabova (T11) 3,47 metr nəticə ilə iştirak etdiyi ilk beynəlxalq turnirdə qalib olub.

Hüseyn İsmayılzadə (J2, 70 kiloqram) dairəvi formatda keçirilən yarışda türkiyəli və britaniyalı rəqiblərini məğlub edərək oyunlarının bürünc medalını qazanıb.

16 yaşlı paraüzgüçü Əli Vəliyev 100 metr məsafəyə sərbəst üzmə üsulunda qarışıq kateqoriyalar üzrə 1:02.15 nəticə ilə yeniyetmələr arasında (2009-2010) bürünc medal əldə edib.

Qeyd edək ki, Milli Paralimpiya komandamız ötən gün Avropa Gənclər Paralimpiya Oyunlarında 2 qızıl və 2 bürünc medal qazanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    July 2025    »
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031