azturkxeber.az
http://azturkxeber.az

Raman Salei Paraüzgüçülük üzrə Dünya çempionatını 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub

25-09-2025

Sinqapurun eyniadlı paytaxtında keçirilən paraüzgüçülük üzrə dünya çempionatında çıxış edən Raman Salei (S12 kateqoriyası) mübarizəsini başa vurub.

Üç qat Paralimpiya çempionumuz bu gün iştirak etdiyi 100 metr məsafəyə sərbəst üzmə üsulunda 54.01 nəticə ilə bürünc medal qazanıb.

Qeyd edək ki, dörd qat dünya çempionumuz daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə qızıl, 50 metr məsafəyə sərbəst üzmə üsulunda 24.27 nəticə ilə gümüş, 100 metr məsafəyə “butterfly” (kəpənək) üzmə üsulunda isə 58.17 nəticə ilə bürünc medal qazanmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    September 2025    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930