ADY bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb

ADY bu ilin yanvar-may aylarında ötən ilin eyni dövrü (təqribən 3.9 milyon) ilə müqayisədə 16% daha çox sərnişin daşıyıb.
Azturkxeber.az-ın məlumatına görə, qeyd olunan dövrdə Abşeron dairəvi dəmir yolu ilə 4.3 milyona yaxın (+16%), rayonlararası marşrutlarla isə təxminən 240 min sərnişin (+21%) səfər edib.
Eyni zamanda, ADY ilə səfər etmiş xarici turistlərin sayı 11 000 nəfəri ötüb və ötən ilin eyni dövründən 6% çox olub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: