azturkxeber.az
http://azturkxeber.az

Millimiz 2-ci dəfə Avropa çempionu oldu

04-06-2026


Azərbaycan minifutbol millisi növbəti dəfə qitənin ən güclüsü olduğunu sübut edərək möhtəşəm zəfərə imza atıb.

Azturkxeber.az xəbər verir ki, Avropa çempionatının final qarşılaşmasında komandamız Ukrayna yığması ilə üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunda millimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

​Həm müdafiədə, həm də hücumda üstün oyun nümayiş etdirən futbolçularımız bu qələbə ilə növbəti dəfə Avropa çempionu tituluna sahib çıxıblar.

​Bu tarixi uğur münasibətilə millimizi və bütün Azərbaycan xalqını təbrik edir, komandamıza yeni-yeni zəfərlər arzulayırıq!

Biz Sizinlə qürur duyuruq, çempionlar!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930