azturkxeber.az
http://azturkxeber.az

“Azərpoçt” MMC Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə poçt markası buraxıb

05-06-2026

5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC xüsusi poçt markasını təqdim edib. Markanın buraxılmasında əsas məqsəd ətraf mühitin qorunması, ekoloji məsuliyyətin yüksəldilməsi və təbiətə qayğı mədəniyyətinin artırılmasıdır.

Azturkxeber.az-ın məlumatına görə, markanın özəlliyi təkrar emal olunmuş kağızdan hazırlanmasıdır ki, bu da “Azərpoçt”un ekoloji məsuliyyətə verdiyi önəmin bariz nümunəsidir. Xatırladaq ki, bundan əvvəl “Azərpoçt” MMC regionda ilk dəfə olaraq COP29 və WUF13 tədbirinə həsr edilmiş poçt markalarını da məhz təkrar emal olunmuş kağız üzərində dövriyyəyə buraxıb.

Qeyd edək ki, bu il Azərbaycan Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün qlobal tədbirinə ev sahibliyi edir. Tədbir BMT‑nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində keçirilir və əsas diqqət iqlim dəyişikliyi, tullantıların azaldılması və dayanıqlı inkişaf mövzularına yönələcək.

“Azərpoçt” MMC-nin bu istiqamətdə həyata keçirdiyi təşəbbüslər qurumun ekoloji dəyərlərə həssas yanaşmasını əks etdirir və yaşıl gələcək üçün birgə fəaliyyətin təşviqinə töhfə verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    June 2026    »
MonTueWedThuFriSatSun
1234567
891011121314
15161718192021
22232425262728
2930