İşğaldan azad edilmiş ərazilərdə daha 105 sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar qurulub



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Bu barədə Azturkxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu dəfə Ağdərə, Ağdam, Xocalı, Cəbrayıl, Xocavənd və Laçın rayonlarında daha 105 sakinə proqram çərçivəsində aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar qoyunçuluq üzrə kiçik təsərrüfatlarını yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
Ümumilikdə işğaldan azad olunmuş ərazilərimizə köçürülmüş sakinlərdən artıq 1116 sakin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını qurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: