azturkxeber.az
http://azturkxeber.az

Stolüstü tennisçilər Avrasiya Liqasında liderliyə yüksəliblər

31-05-2026

Azərbaycanın stolüstü tennisçiləri Qazaxıstanda təşkil olunan Avrasiya Liqası yarışlarında uğurlu çıxışı davam etdiriblər.

Azturkxeber.az xəbər verir ki, qadınlardan ibarət millinin baş məşqçisi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Mərziyyə Nurmətova, Ləman Abdulhəmidova və Aylin Əsgərovadan ibarət komanda ikinci turun Astanada keçirilən 8 görüşunü də qələbə ilə başa vurub. Rüstəm Hacılı, Adil Əhmədzadə və Onur Quluzadədən ibarət heyət isə gənclərdən ibarət seçmə komandanın baş məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Taraz şəhərində keçirilən 7 qarşılaşmanın hamısında qələbə qazanıb. İki turun nəticələrinə əsasən, hər iki komanda 12 kollektivin mübarizə apardığı turnir cədvəlinin zirvəsinə yüksəlib. Qazaxıstan, Azərbaycan, Rusiya, Özbəkistan və Qırğızıstan idmançılarının qatıldığı yarışın növbəti turları sentyabr və dekabr aylarında təşkil olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031