azturkxeber.az
http://azturkxeber.az

Stend atıcılığı üzrə Ölkə Kubokuna start verilir

31-05-2026

2–6 iyun tarixlərində Bakı Atıcılıq Mərkəzində stend atıcılığı üzrə Ölkə Kuboku 2026 keçiriləcək.

Azturkxeber.az xəbər verir ki, Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək. Turnirdə idmançılar Böyüklər və U21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar.

Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031