azturkxeber.az
http://azturkxeber.az

“İdman Paytaxtı” Qazaxda media və PR bacarıqlarının inkişafı üzrə təlim başa çatıb

30-05-2026

Mayın 27-dən 30-dək “İdman Paytaxtı” Qazax şəhərində federasiyaların mətbuat katibləri və media üzrə məsul şəxsləri üçün media və PR bacarıqlarının inkişafı üzrə təlim keçirilib.

Azturkxeber.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində baş tutan təlim Böyük Britaniyanın tanınmış media eksperti, beynəlxalq media və kommunikasiya üzrə mütəxəssis Ceyms Taker və beynəlxalq idman idarəçiliyi, təhsil və kommersiya strategiyası üzrə məsləhətçi Julis MakQiver tərəfindən aparılıb.

Təlimin açılışında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, təlimçi Ceyms Taker çıxış ediblər.

Təlim zamanı iştirakçılara idman kommunikasiya strategiyaları, media ilə işin səmərəli təşkili və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında praktiki biliklər verilib. Sessiyalar interaktiv formatda təşkil olunub və iştirakçıların bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.

Təlimin sonuncu günü gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov tərəfindən “Sosial medianın effektiv istifadəsi” mövzusunda təlim keçirilib.

Təlim iştirakçıları üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunun tarixi və mədəniyyət abidələrinə ziyarət təşkil olunub.

Həmçinin iştirakçılar arasında basketbol, minifutbol, voleybol, həndbol, stolüstü tennis və digər idman növləri üzrə yarışlar təşkil olunub, intellektual oyun keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031