AzVP rəhbərliyi İstiqlal abidəsini ziyarət edib - FOTO



Azad Vətən Partiyasının bir qrup üzvü Müstəqillik Günü (Respublika Günü) münasibəti ilə “İstiqlal” abidəsini ziyarət edib.
108 il əvvəl – 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi - demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb və bu gün ölkədə ehtiramla qeyd edilir.
Bu munasibətlə AzVP sədri Akif Nağı və partiyanın bir qrup üzvü cümhuriyyətin şərəfinə Bakıda ucaldılmış “İstiqlal” abidəsini ziyarət edib. Abidənin qarşısında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb və onların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Azərbaycan Dövlət himni oxunduqdan sonra, partiya uzvləri abidəyə çiçək dəstələri düzüb.
AzVP sədri Akif Nağı Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması ilə bağlı çıxış edərək, əslində 1918- ci ildə Azərbaycan torpaqları ərazisində dünyəvi və demokratik dövlətin yaranmasının səbəbi kimi xalqımızın dövlətçilik ənənələrini unutmadığını və həmin gün bu qədim ənənəni növbəti dəfə 1918- ci il 28 mayda bərpa etdiyini bildirib. Partiya sədri Məhəmməd Əmin Rəsulzadənin və silahdaşlarının cümhuriyyət yaratmasını sayğı və sevgi ilə andığını bildirib. Partiya üzvləri "İstiqlal" abidəsini ziyarət etdikdən sonra görkəmli şəxsiyyət, məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyevin abidəsini də ziyarət ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: