Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Qurban Bayramı və 28 May – Müstəqillik Günü münasibətilə paylaşım edib

HÖRMƏTLİ HƏMKARLAR!
Sizi xalqımızın milli-mənəvi dəyərlərini, birlik və həmrəylik ruhunu özündə ehtiva edən müqəddəs Qurban bayramı, eləcə də dövlətçilik tariximizin şanlı səhifəsi olan 28 May – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Qurban bayramı insanları mərhəmətə, paylaşmağa, ehtiyacı olanlara dəstək göstərməyə, mənəvi saflığa və həmrəyliyə çağıran ali dəyərlərin təcəssümüdür. Bu əziz bayram cəmiyyətimizdə humanizm, qarşılıqlı hörmət və xeyirxahlıq kimi prinsiplərin daha da möhkəmlənməsinə xidmət edir.
28 May – Müstəqillik Günü isə xalqımızın azadlıq iradəsinin, milli dövlətçilik ənənələrinin və müstəqil gələcəyə olan inamının rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu demokratik dəyərlər bu gün müstəqil Azərbaycan dövlətinin inkişafında mühüm ideoloji və tarixi dayaqlardan biri kimi yaşayır və gələcək nəsillərə ötürülür.
İnanıram ki, insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu və vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirdiyimiz birgə fəaliyyət bundan sonra da uğurla davam edəcəkdir. Sizin hər birinizin peşəkarlığı, məsuliyyəti və fədakar əməyi bu ali missiyanın layiqincə yerinə yetirilməsinə mühüm töhfə verir.
Bu əlamətdar günlər münasibətilə hər birinizə möhkəm cansağlığı, ailə səadəti, fəaliyyətinizdə yeni uğurlar, süfrələrinizə bolluq və ruzi-bərəkət arzulayıram. Qoy müqəddəs Qurban bayramının mənəvi işığı evlərinizə sevinc, 28 Mayın azadlıq ruhu isə həyatınıza daim qürur və inam gətirsin.
Bayramınız mübarək!
Azərbaycan Respublikasının
İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Səbinə Əliyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: