Paşinyan: “Xalq “Nikol, get” desə, mən gedəcəyəm”

Erənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyətinin bunu tələb edəcəyi təqdirdə vəzifəsindən istefa verməyə hazır olduğunu bildirib.
Azturkxeber.az xəbər verir ki, Paşinyan bu barədə şənbə günü seçki kampaniyası çərçivəsində çıxışı zamanı danışıb. Çıxış zamanı iştirakçılardan biri ona yaxınlaşaraq Baş nazir postundan istefa verməsini tələb edib.
Baş nazir cavabında bildirib ki, qərarı xalq verəcək:
“Əgər 700 min nəfər — yəni seçicilərin 50 faizindən çoxu — “Nikol, qal” desə, Nikol qalacaq. Əgər xalq “Nikol, get” desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir”, — deyə Paşinyan vurğulayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: