azturkxeber.az
http://azturkxeber.az

Azərbaycan Minifutbol Federasiyası prezidenti millinin üzvləri ilə görüşüb

23-05-2026

Orxan Məmmədov Avropa çempionatına yollanmağa hazırlaşan Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib.

Azturkxeber.az xəbər verir ki, görüş zamanı komandanın hazırlıq prosesi və qarşıdakı turnirlə bağlı məsələlər müzakirə olunub.

Milli komandanın baş məşqçisi Elşad Quliyev hazırlıq mərhələsi barədə hesabat təqdim edib. O, komandanın təlim-məşq toplanışını uğurla başa vurduğunu və futbolçuların turnirə yüksək motivasiya ilə hazırlaşdığını bildirib.

Federasiya prezidenti Orxan Məmmədov isə çıxışında milli komandaya inandığını vurğulayıb. O, futbolçulara qarşıdakı Avropa çempionatında uğurlu çıxış arzulayıb və Azərbaycanı layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib.

Qeyd edik ki, Avropa çempionatı 27 may - 4 iyun tarixlərində Slovakiyanın paytaxtı Bratislava şəhərində təşkil olunacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    May 2026    »
MonTueWedThuFriSatSun
 123
45678910
11121314151617
18192021222324
25262728293031